Yazını böyüt
Yazını kiçilt
2020-ci ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:49:36-da daxil olacaq.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.